...

İsrailin Nyu-Yorkdakı baş konsulu Netanyahunun qərarlarına etiraz olaraq istefa verib

Dünya xəbərləri Materials 27 Mart 2023 00:52 (UTC +04:00)
İsrailin Nyu-Yorkdakı baş konsulu Netanyahunun qərarlarına etiraz olaraq istefa verib

Bakı. Trend:

İsrailin Nyu-Yorkdakı baş konsulu Asaf Zamir baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarına etiraz olaraq istefa verib.

Trend xəbər verir ki, bu barədə diplomat özünün "Twitter" hesabında paylaşdığı istefa barədə məktubunda bildirib.

"İsraildə siyasi vəziyyət kritik məqama çatıb. Mənim üçün vacib olan demokratik dəyərlər uğrunda mübarizə aparmaq üçün dərin məsuliyyət hiss edirəm. Müdafiə nazirinin istefaya göndərilməsi ilə bağlı bugünkü təhlükəli qərar məni daha bu hökuməti təmsil edə bilməyəcəyimə inandırdı.", - deyə baş konsul bildirib.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Qeyd edək ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti