...

"McDonald's"da ixtisarlar başladı

Dünya xəbərləri Materials 4 Aprel 2023 13:21 (UTC +04:00)
"McDonald's"da ixtisarlar başladı
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın fast food restoranları şəbəkəsi "McDonald's"-ın bu həftə ABŞ-dakı ofislərini müvəqqəti olaraq bağlamağa və fəaliyyətini dayandırmağa hazırlaşır.

Trend-in xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Jurnal vurğulayır ki, Çikaqoda yerləşən sürətli xidmət göstərən restoranlar şəbəkəsi keçən həftə ABŞ və bəzi beynəlxalq işçilərinə elektron poçt göndərərək onlardan bazar ertəsindən çərşənbə gününə qədər evdən işləməyi xahiş edib.

Xəbərdə şirkətin işçilərindən qərargahda satıcılarla görüşlərini və bütün digər üzbəüz görüşləri ləğv etmələrini xahiş etdiyi bildirilib.

Sözügedən elektron poçtda şirkət miqyasında vəzifələr və kadrlarla bağlı mühüm qərarların bildiriləcəyi, lakin neçə nəfərin işdən çıxarılacağı ilə bağlı məlumat verilmədiyi bildirilib.

"McDonald's"-ın baş direktoru Chris Kempczinski yanvar ayında verdiyi açıqlamada şirkətin bəzi işçilərinin ixtisar edilməsinin planlaşdırıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti