...

Türkiyə və ABŞ müdafiə nazirləri Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə ediblər

Dünya xəbərləri Materials 6 Aprel 2023 22:38 (UTC +04:00)
Türkiyə və ABŞ müdafiə nazirləri Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə ediblər

Bakı. Trend:

Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Türkiyədə baş verən zəlzələni müzakirə ediblər. Qara Dəniz Taxıl Təşəbbüsü üzrə Sazişin müddətinin uzadılmasının vacibliyi vurğulanıb.

Nazirlər həmçinin Finlandiyanın NATO-ya üzvlüyünü də müzakirə edib.

Eyni zamanda, Türkiyə tərəfindən F-16 qırıcılarının alınması və modernləşdirilməsi layihəsinin tez və müsbət yekunlaşmasının vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti