...

Microsoft ABŞ sanksiyalarını pozduğuna görə 3 milyon dollar ödəməyə razılaşıb

Dünya xəbərləri Materials 7 Aprel 2023 00:51 (UTC +04:00)
Microsoft ABŞ sanksiyalarını pozduğuna görə 3 milyon dollar ödəməyə razılaşıb

Bakı. Trend:

“Microsoft” korporasiyası Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, ABŞ sanksiyalarının pozulması ilə əlaqədar təqribən 3 milyon dollar ödəməyə razılaşıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) bildirilib.

"Microsoft, ABŞ-dan hərtərəfli sanksiyalara məruz qalan ölkələrə və Kuba, İran, Suriya və Ukrayna/Rusiya ilə bağlı bloklayıcı sanksiyalar siyahısından olan şəxslərə və OFAC sanksiya proqramlarını pozduqları üçün qadağan edilmiş şəxslərə xidmətlərin və ya proqram təminatının ixracı ilə bağlı potensial mülki məsuliyyəti həll etmək üçün 2 milyon 890 min 265,86 dollar ödəməyə razılaşıb", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti