...

ABŞ Dövlət Departamentinin yeni mətbuat katibinin adı açıqlanıb

Dünya xəbərləri Materials 12 Aprel 2023 03:48 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin yeni mətbuat katibinin adı açıqlanıb

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin yeni mətbuat katibi Metyu Miller olacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin açıqlamasında deyilir.

"Bu gün mən Metyu Milleri Dövlət Departamentinin növbəti mətbuat katibi kimi təyin edirəm. Namizədliyimin təsdiqi prosesinə rəhbərlik edən M.Millerin müdrikliyindən, hökumətdəki təcrübəsindən və xarici siyasəti dərindən dərk etməsindən çox yararlandım", - deyə E.Blinken bildirib.

O qeyd edib ki, Ukraynada müharibənin ilk aylarında M.Miller Ağ Evdə Milli Təhlükəsizlik Şurasının komandasına qoşulub və burada Ukraynada hökumətin kommunikasiyalarına və təbliğat işlərinə rəhbərlik edib.

Qeyd edək ki, daha əvvəl Dövlət Departamentinin yeni mətbuat katibi vəzifəsini müvəqqəti olaraq Vedant Patel icra edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti