...

Cənubi Koreya və ABŞ genişmiqyaslı hava təlimlərinə başlayıb

Dünya xəbərləri Materials 17 Aprel 2023 05:45 (UTC +04:00)
Cənubi Koreya və ABŞ genişmiqyaslı hava təlimlərinə başlayıb

Bakı. Trend:

Cənubi Koreya və ABŞ bazar ertəsi genişmiqyaslı birgə hava təlimlərinə başlayıb.

Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın Hərbi Hava Qüvvələrinə istinadən "Yohnap" agentliyi məlumat yayıb.

Məlumata əsasən, təlimdə Cənubi Koreyanın 60-dan çox hərbi təyyarəsi, o cümlədən F-35A, F-15K və KF-16 döyüş təyyarələri iştirak edəcək.

Öz növbəsində, ABŞ Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları, Dəniz Piyadaları Korpusunun A-10 və F-35B hücum təyyarələri və FA-18 reaktiv təytyarələri kimi 40-a yaxın təyyarəsini təlimlərə qatılacaq.

Təlimlər Koreya yarımadasında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti