...

ABŞ-nin elektrikli avtomobillərlə bağlı 2030-cu il üçün hədəfi açıqlanıb

Dünya xəbərləri Materials 18 Aprel 2023 12:38 (UTC +04:00)
ABŞ-nin elektrikli avtomobillərlə bağlı 2030-cu il üçün hədəfi açıqlanıb

Bakı. Trend:

ABŞ-də 2030-cu ilə qədər bütün yeni avtomobil satışlarının 50 faizinin elektrikli avtomobillərin təşkil edəcəyi hədəflənir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

O, ABŞ-nin elektrikli avtomobillərə keçidini dəstəkləmək üçün yeni özəl və dövlət sektoru investisiyaları barədə məlumat verib və bu investisiyaların yerli istehsalı təşviq etmək, təchizat zəncirlərini gücləndirmək, ölkənin rəqabət qabiliyyətini artırmaq və yeni iş yerləri yaratmaq məqsədilə həyata keçirildiyini bildirib.

Məlumata əsasən, Co Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-də elektrikli avtomobil satışı üç dəfə, elektrikdoldurma məntəqələrinin sayı isə 40 faizdən çox artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti