...

Hindistandan islam əleyhinə daha bir addım

Dünya xəbərləri Materials 18 Aprel 2023 16:00 (UTC +04:00)
Hindistandan islam əleyhinə daha bir addım

Bakı. Trend:

Hindistan hökuməti əhalisinin 14 faizini təşkil edən 200 milyon müsəlmanı marjinallaşdırmaq və müsəlmanların Hindistan yarımadasında əsrlərlə hökm sürdüyü tarixi faktını inkar etmək üçün kampaniya yaradılıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Hindistanda müsəlman hökmdar və məscidlərlə bağlı bölmələr dərsliklərdən çıxarılıb.

Məlumata əsasən, eyni kampaniya çərçivəsində XVI-XIX əsrlər arasında yarımadada hökmranlıq etmiş Moğollara istinadlar da tarix dərsliklərindən çıxarılıb.

Qeyd edək ki, 13 aprel tarixində Hindistanın paytaxtı Yeni Dehlidə rəsmilər 250 ildən çox tarixə malik, imkansız ailələrdən olan 120-dən çox müsəlman uşağı qəbul edən “Bachon Wali” məscidininin mədrəsəsini söküb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti