Bakı. Trend:
Avropa İttifaqı Polşa və bir sıra digər ölkələrin Rusiya ərazisindən malların tranzitinə qadağa qoyulması təklifini nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat verib.
"Aİ Rusiya ərazisindən bir çox malların tranzitinə qadağa qoyulmasını nəzərdən keçirmək niyyətindədir (...). Bu, bir neçə növ nəqliyyat vasitələri də daxil olmaqla, çox sayda texnologiya və məhsula təsir göstərə bilər", - deyə məlumatda bildirilir.
Bildirilir ki, bu tədbirlər Avropa Komissiyasının üzərində işlədiyi Rusiyaya qarşı yeni sanksiyalar paketinin bir hissəsi ola bilər.