...

“TCG Anadolu” gəmisini beş gündə 61 mindən çox insan ziyarət edib

Dünya xəbərləri Materials 23 Aprel 2023 08:29 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin dinamik inkişaf edən müasir hərbi sənayesinin ən mühüm nümunələrindən olan “TCG Anadolu” gəmisini beş gündə 61 min 231 nəfər ziyarət edib.

Trend Anadolu agentliyinə istinadla xəbər verir ki, vətəndaşlar Türkiyənin ən böyük hərbi gəmisini görmək üçün Sarayburnu limanına axın edirlər.

“TCG Anadolu” gəmisi təkcə ilk gündə 8720 nəfər tərəfindən ziyarət olunub.

Qeyd edək ki, “TCG Anadolu” gəmisi aprelin 23-dək ziyarətçilər üçün açıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti