...

Türkiyə dünyada müdafiə sənayesi anlayışlarını dəyişdirən bir ölkəyə çevrilib - Fuat Oktay

Dünya xəbərləri Materials 27 Aprel 2023 13:24 (UTC +04:00)
Türkiyə dünyada müdafiə sənayesi anlayışlarını dəyişdirən bir ölkəyə çevrilib - Fuat Oktay

Bakı. Trend:

Türkiyə dünyada müdafiə sənayesi anlayışlarını dəyişdirən bir ölkəyə çevrilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib.

"Son iki ayda həyata keçirdiyimiz layihələrə baxın, onların hər biri doğrudan da əsrin layihəsidir. Buna nümunə olaraq "Togg"u göstərə bilərik. O, sadəcə bir avtomobil deyil, ağıllı bir cihazdır. O, informatika, avtomatlaşdırma və elektronika sahələrinin lokomotivi olacaq.

Müdafiə sənayesinə gəldikdə isə, biz beşinci nəsil təyyarə mövzusunu bir üst səviyyəyə çıxardıq. İndi isə söhbət pilotsuz hava, quru və dəniz nəqliyyat vasitələrindən ibarət pilotsuz ordu anlayışından gedir. Türkiyə dünyada müdafiə sənayesi anlayışlarını dəyişdirən bir ölkəyə çevrilib. Bu, hər bir sənayedə belədir. Hansı sahəyə daxil oluruqsa, oranı dəyişən bir ölçüyə sahibik”, - deyə F.Oktay bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti