Bakı. Trend:
Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 34,2 min nəfər əhalisi olan Göksun şəhərindən 4 km qərbdə olub.
Zəlzələ 5 kilometr dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.