Bakı. Trend:
Kanada silhalı qüvvələri kütləvi meşə yanğınları ilə mübarizədə kömək etmək üçün Albertaya vilayətinə gəlib.
Trend-in məlumatına görə, bu barədə "CBC" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, bölgəyə 300-ə yaxın hərbiçi gəldi. Onlar artıq yanğınlar mübarizə aparan 2 minə yaxın yanğınsöndürənə yardım göstərməlidirlər.
Hazırda Albertada 84 meşə yanğını qeydə alınıb, onlardan 20-si hələ də nəzarət altına alınmayıb. 16 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Ölən və yaralananlar barədə məlumat verilməyib.