...

“Taxıl sazişi” daha 2 ay uzadıldı - Ərdoğan

Dünya xəbərləri Materials 17 May 2023 22:18 (UTC +04:00)

Bakı. Trend:

“Taxıl sazişi” daha iki ay uzadılıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə lideri Rusiya Federasiyası və Ukrayna nümayəndələrinə təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib.

R.T.Ərdoğan xatırladıb ki, Ankaranın səyləri, Rusiya Federasiyası və Ukraynanın mövqelərinin konstruktivliyi və BMT-nin töhfəsi sayəsində Qara dəniz limanlarından kənd təsərrüfatı məhsullarının tədarükünə dair 22 iyul 2022-ci il tarixli İstanbul sazişi dəfələrlə uzadılıb.

Onun sözlərinə görə, sazişin uzadılması üçün son tarix başa çatmaq üzrə idi. "Türkiyənin səyləri, eləcə də rusiyalı və ukraynalı dostların dəstəyi ilə Qara dəniz taxıl sazişinin müddəti daha iki ay uzadılıb”, - deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti