Bakı. Trend:
Yunanıstanın Baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi "Yeni Demokratiya" partiyası bülletenlərin 96%-i hesablandıqdan sonra səslərin 40,78%-ni qazanıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Əsas müxalifət partiyası olan keçmiş baş nazir Aleksis Tsiprasin rəhbərlik etdiyi "Radikal Sol Qüvvələrin Koalisiyası - Proqressiv Alyans" (SİRİZA - PA), 20,07% səs toplayıb. Nəticədə, "Yeni Demokratiya" partiyası parlamentdə 145 yer, SİRİZA - PA - 72 yer alır. Parlamentə beş partiya daxil olub: solçu "PASOK - Dəyişiklik Hərəkatı" partiyası 11,53% səs (41 yer), Yunanıstan Kommunist Partiyası - 7,20% (26 yer), sağçı "Elliniki Lisi" ("Yunan Həlli") - 4,46% (16 yer).