...

Pekin metrosunda sərnişinlər əl içi izlərini skan edərək ödəniş edirlər

Dünya xəbərləri Materials 24 May 2023 09:36 (UTC +04:00)
Pekin metrosunda sərnişinlər əl içi izlərini skan edərək ödəniş edirlər
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Pekin metrosunda sərnişinlər əl içi izlərini skan edərək ödəniş edə bilərlər. “Tencent” tərəfindən hazırlanmış texnologiya “WeChat” ödəniş sisteminə inteqrasiya edilib.

Trend-in məlumatına görə, ilk dəfə “WeChat” chat proqramında tətbiq edilən yeni texnologiya istifadəçilərə ödəniş edərkən sadəcə əl içlərini skan cihazının üzərində tutaraq pul köçürməsinə imkan verir. Bunun üçün istifadəçinin “WeChat” hesabını ödəmə sistemi ilə uyğunlaşdırması və əl içi təqdim etməsi kifayətdir.

“Palm Pay” adlanan bu sistem ilk olaraq Pekin metrosunda sınaqlara başlayıb. Nəqliyyat biletinə əlavə olaraq, əl içi ilə skan etmə sisteminə üzvlük kartı və idman zalı kartı kimi müxtəlif giriş üsulları təqdim edilə bilər.

“Tencent”-in “YouTu AI” komandası tərəfindən hazırlanmış sistem istifadəçinin unikal əl içi və damar naxışını skan edərək şəxsiyyətini müəyyənləşdirir. Sistemin öz işıqlandırması olduğundan qaranlıq mühitlərdə də işləyə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti