...

Vuçiç Serbiyada ölüm hökmünün qaytarılmasına nail olmaq niyyətindədir

Dünya xəbərləri Materials 24 May 2023 03:11 (UTC +04:00)

Bakı. Trend:

Serbiya prezidenti Aleksandar Vuçiç ölkədə ölüm hökmünün bərpasına çalışacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə o "РТС" televiziya kanalına müsahibəsində bildirib.

A.Vuçiçin sözlərinə görə, o, ölüm hökmünün qaytarılması üçün siyasi mübarizə aparmaq niyyətindədir, çünki bu yaxınlarda Belqrad və Dubonda törədilən qırğınlara görə başqa cəza ola bilməz.

Ölkə başçısı deyib ki, insanlara qırğınları planlaşdıran və həyata keçirən cinayətkarların azadlığa gedərək həyatlarını davam etdirə biləcəklərini izah etmək çətindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti