Bakı. Trend:
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, onun israilli həmkarı Tsaxi Xaneqbi və İsrailin strateji planlaşdırma naziri Ron Dermer arasında Vaşinqtonda keçirilən görüşdə Rusiya-İran hərbi əməkdaşlığı və Ukraynaya yardım məsələləri müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sallivan Rusiya ilə İran arasında hərbi əlaqələrin dərinləşməsindən narahatlığını ifadə edib, həmçinin Ukraynaya dəstəyin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və Tehran və onun müttəfiqlərinin təhdidlərinə qarşı çıxmaq üçün İsraillə koordinasiyanın gücləndirilməsini müzakirə ediblər.
Ağ Evdən bildirilib ki, Sallivan ABŞ administrasiyasının İsrailin bütün Yaxın Şərqdə təhlükəsizliyini və iqtisadi inteqrasiyasını daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.