...

Bayden Senatın dövlət borcu ilə bağlı qanun layihəsini təsdiqləməsini alqışlayıb

Dünya xəbərləri Materials 2 İyun 2023 08:45 (UTC +04:00)
Bayden Senatın dövlət borcu ilə bağlı qanun layihəsini təsdiqləməsini alqışlayıb

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden Senat tərəfindən təsdiq edilmiş dövlət borcunun tavanının artırılması ilə bağlı qanun layihəsinin qəbulunu dəstəklədiyini bildirib.

Trend bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

O, Konqresdəki hər iki partiyanın liderlərinə məsələyə operativ baxdıqlarına görə təşəkkür edib.

C.Bayden vurğulayıb ki, bu ikitərəfli razılaşma Amerika iqtisadiyyatı və xalqı üçün əhəmiyyətli bir qələbədir. O, həmçinin qeyd edib ki, bu məsələ üzərində iş davam edir, lakin razılaşma irəliyə doğru atılmış mühüm addımdır.

O qanun layihəsini imzalamağa və Amerika xalqına müraciət etməyə hazır olduğunu da qeyd edib.

Qeyd edək ki, ABŞ Konqresinin Senatı ölkədə defoltun qarşısını almaq üçün dövlət borcunun tavanının artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənəd indi imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.

Xatırladaq ki, keçən həftə Ağ Ev və Konqresdəki Respublikaçılar ABŞ-ın dövlət borcunun tavanını 2025-ci il yanvarın 1-dək artırmaq barədə razılığa gəliblər. Tərəflərin razılaşdırdığı qanun layihəsində 2024-cü maliyyə ilində müdafiəyə 886 milyard dollar, veteranların tibbi yardımı üçün 121 milyard dollar və digər qeyri-müdafiə proqramlarına 637 milyard dollar ayrılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti