...

Türkiyədə atışma nəticəsində 11 nəfər yaralanıb

Dünya xəbərləri Materials 5 İyun 2023 05:48 (UTC +04:00)
Türkiyədə atışma nəticəsində 11 nəfər yaralanıb

Bakı. Trend:

Türkiyənin Konya vilayətində atışma olub.

Trend-in məlumatına görə, hadisə Ereğli vilayətində bir iş yerində baş verib. İki qrup insan arasında yaranan mübahisə atışmaya çevrilib.

Hadisə nəticəsində 7-si polis olmaqla 11 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili yardım briqadaları göndərilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti