...

Co Bayden ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyalar müddətini uzadıb

Dünya xəbərləri Materials 21 İyun 2023 02:44 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Şimali Koreyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin Ağ Ev tərəfindən yayılan müvafiq qərarında bildirilib.

Bu qərar Pxenyana münasibətdə fövqəladə vəziyyətlə bağlıdır ki, bu da prezidentin 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə imzalanmış bir sıra fərmanları əsasında müəyyən edilmiş məhdudiyyətlərin qüvvədə saxlanılmasını nəzərdə tutur.

C.Bayden çərşənbə axşamı sanksiyaları uzatmaq qərarını Koreya yarımadasında nüvə silahının yayılması təhlükəsi və Şimali Koreya hökumətinin hərəkətləri və siyasəti ilə əlaqələndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti