...

“OceanGate” şirkəti "Titanik" turları üçün bilet satmağa davam edir

Dünya xəbərləri Materials 3 İyul 2023 14:51 (UTC +04:00)
“OceanGate” şirkəti  "Titanik" turları üçün bilet satmağa davam edir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“OceanGate” “Expeditions”, beş nəfərin ölümünə səbəb olan “Titan” sualtı fəlakətinə baxmayaraq, Şimali Atlantika sularında “Titanik” gəmisinin batdığı yerə təşkil edilmiş turlar üçün bilet satmağa davam edir.

Trend-in məlumatına görə, şirkətin 2024-cü il üçün tur cədvəli onun rəsmi saytında "Expeditions" başlığı altında yerləşdirilib.

“Titanik”in qalıqlarının olduğu əraziyə keçiriləcək turistik səfərlərdə iştirak etmək istəyənlər 12-20 iyun və 21-29 iyun 2024-cü il tarixləri arasında keçiriləcək iki səfər arasında seçim edə biləcəklər. Saytda biletin qiyməti 250.000 dollar olaraq göstərilib.

Qeyd edək ki, iyunun 19-da "Titanik"in qalıqlarının olduğu əraziyə eniş zamanı “Titan” sualtı gəmisi ilə əlaqə kəsilib. Üç gündən sonra "Titan"ın qalıqları aşkar edilib. Gəmidə olan bütün ekipaj üzvlərinin və sərnişinlərin həlak olması ilə bağlı məlumat yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti