...

Rusiya taxıl sazişinin müzakirəsinə bu halda qayıda bilər - Zaxarovadan açıqlama

Dünya xəbərləri Materials 19 İyul 2023 12:31 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya taxıl sazişinin müzakirəsinə qayıtmaq üçün şərtlərini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib.

"BMT Rusiya ilə taxıl və gübrələrə dair memorandumu yerinə yetirərsə, Rusiya taxıl sazişinin müzakirəsinə qayıda bilər. Memorandumu həyata keçirmək üçün BMT-nin daha üç ay vaxtı var. Yalnız bu halda Moskva sövdələşməni nəzərdən keçirməyə qayıdacaq", - deyə M.Zaxarova əlavə edib.

Xatırladaq ki, Rusiya 17 iyul tarixində taxıl sazişinə xitam verib. Rusiya XİN taxıl sazişinin dayandırılması ilə bağlı Ankara, Kiyev və BMT katibliyini rəsmən məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti