Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Volodimr Zelenski arasında telefon danışığı baş tutub.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib
Görüşün əsas məqsədi gündəmdə olan Qara dəniz Taxıl sazişinin uzadılması olub.
Ərdoğan qeyd edib ki, Türkiyə sülhün bərqərar olması üçün çox səy göstərir.