...

Rusiya yarım əsr sonra Aya ilk missiyasını göndərdi

Dünya xəbərləri Materials 11 Avqust 2023 12:46 (UTC +04:00)
Rusiya yarım əsr sonra Aya ilk missiyasını göndərdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 11-nə keçən gecə Rusiya öz müasir tarixində ilk dəfə olaraq Aya missiya göndərib.

Trend xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") məlumat yayıb.

"Luna-2" avtomatik stansiyası "Vostoçnıy" kosmodromundan buraxılıb.

Stansiyanın avqustun 16-da Ay orbitinə çıxacağı gözlənilir. Ay səthinə eniş avqustun 21-də baş tutacaq.

Qeyd edək ki, sonuncu dəfə 1976-cı ildə Rusiya Aya uçuş həyata keçirib.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti