...

Sudanda münaqişə nəticəsində 4 milyondan çox insan didərgin düşüb

Dünya xəbərləri Materials 16 Avqust 2023 03:19 (UTC +04:00)
Sudanda münaqişə nəticəsində 4 milyondan çox insan didərgin düşüb

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişənin davam etdiyi Sudanda 4,3 milyondan çox insanın məcburi köçkün olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ( UNHCR ) sözçüsü Uilyam Spindler bildirib.

O qeyd edib ki, Sudanda bu ilin aprel ayının 15-dən bəri davam edən vətəndaş müharibəsi ilə bağlı qiymətləndirmələr edilib və bunun nəticəsində məcburi köçkünlərin sayı müəyyənləşdirilib.

“Sudanda münaqişə başlayandan bəri 4,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmə qonşu ölkələrə gedən 900 mindən çox qaçqın və sığınacaq axtaran və Cənubi Sudana qayıtmalı olan 195 min cənubi sudanlı da daxildir”, - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti