...

Türkiyədə 44 miqrant xilas edilib

Dünya xəbərləri Materials 17 Avqust 2023 09:39 (UTC +04:00)
Türkiyədə 44 miqrant xilas edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İzmir şəhərinin Çeşme və Foça rayonları sahilində Sahil Mühafizəsinin gəmiləri rezin qayıqlarda hərəkət edən qanunsuz miqrantları xilas edib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Məlumata görə, sahil mühafizəsinin xilas etdiyi qaçqınlar Yunanıstan tərəfindən sıxışdırılaraq geri qaytarılan miqrantlardır.

Onlar şəhər üzrə miqrasiya idarəsinə göndəriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti