...

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - Yaralılar var

Dünya xəbərləri Materials 22 Avqust 2023 16:43 (UTC +04:00)
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - Yaralılar var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Aydın vilayətindəki Çıldır hava limanında uçuş məktəbindən təlim məqsədilə havaya qalxan təyyarə yerə düşüb.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, təlim məqsədilə havaya qalxan təyyarə az sonra Təpəcik istirahət bölgəsinin yaxınlığında yerə düşüb.

Təyyarədəki müəllim və tələbəsi yaralanıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin hazırda qənaətbəxş olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti