...

Türkiyənin hakim partiyası bu tarixdə iclas keçirəcək

Dünya xəbərləri Materials 28 Avqust 2023 17:44 (UTC +04:00)
Türkiyənin hakim partiyası bu tarixdə iclas keçirəcək

Bakı. Trend:

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) Fövqəladə Konqresi 7 oktyabr tarixində keçiriləcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə AKP Mərkəzi Qərar və İdarə heyətinin (MKYK) iclasından sonra qərar qəbul edilib.

Bildirilib ki, konqresin gündəmində bələdiyyə seçkiləri olacaq.

Bundan əlavə, terrorla mübarizə, xarici siyasətdəki inkişaf, iqtisadiyyatdakı son vəziyyətin də konqresdə müzakirə edilməsi gözlənilir.

Qeyd edək ki, 31 mart 2024-cü il tarixində Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti