Bakı. Trend:
İsrail hökumətinə və onun məhkəmə islahatları planına qarşı şənbə gecəsi keçirilən etiraz aksiyalarının təşkilatçıları aksiyada 118 minə yaxın insanın iştirak etdiyini bildiriblər.
Trend xəbər verir ki, təkcə Təl-Əvivdə 70 minə yaxın nümayişçi toplaşıb.
Böyük aksiyalar İsrailin digər şəhərlərində də keçirilib.
Nümayişçilər mütəmadi olaraq hakim sağçı koalisiyanın məhkəmə sistemində islahatlar planına etiraz edirlər.