...

Tacikistanda 3 terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 06:27 (UTC +04:00)
Tacikistanda 3 terrorçu zərərsizləşdirilib
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 29-dan 30-na keçən gecə Tacikistan Respublikasının ərazisində terror aktı törətməyə hazırlaşan beynəlxalq terror təşkilatının 3 üzvü Tacikistan-Əfqanıstan sərhədini keçib.

Trend-in məlumatına görə, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsindən bildiriblər.

Bildirilib ki, Milli Təhlükəsizlik Dövlət Komitəsi orqanları tərəfindən hadisə tez bir zamanda müəyyən edilib. Sərhədin qanunsuz keçdiyi yerə xüsusi antiterror qrupu göndərilib.

Sentyabrın 5-də səhər saatlarında Milli Təhlükəsizlik Dövlət Komitəsinin antiterror qrupu silahlıların yerləşdiyi yeri mühasirəyə alaraq onlardan silahlarını atıb təslim olmalarını qəti şəkildə tələb edib. Lakin terrorçular bu tələbi yerinə yetirməkdən imtina edərək, silahla atəş açmağa başlayıblar.

Antiterror əməliyyatı nəticəsində terror qruplaşmasının 3 üzvü məhv edilib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti