...

İtaliyanın bu şəhərinə giriş ödənişli olacaq

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 09:29 (UTC +04:00)
İtaliyanın bu şəhərinə giriş ödənişli olacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Venesiya şəhərinin bələdiyyəsi turistlərin maksimum çoxluq təşkil etdiyi dövrlərdə şəhərə girişin ödənişli olmasına qərar verib.

Trend xəbər verir ki, qərara səbəb şəhərin kütləvi turizmin mənfi nəticələri ilə üzləşməsidir.

Qərarın sınaq məqsədilə tətbiqinə 2024-cü ilin yazında başlanılacaq və ətraflı vaxt qrafiki tezliklə elan ediləcək. Ziyarətçilərdən ödəniş tələb ediləcək tarixlər ehtimal ki, yaz mövsümü, həmçinin iyun və iyul aylarında həftəsonları olacaq.

Venesiyaya səfər etmək istəyən şəxs beş avro ödəyəcək və səfərdən əvvəl onlayn rezervasiya edəcək. Giriş haqqını ödəyən hər bir turistə QR kod veriləcək. Qanunu pozan 300 avroya qədər cərimələnə bilər.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) onilliklərdir ki, həddindən artıq turizmin İtaliya şəhərinə mənfi təsirlərindən narahatdır. BMT qurumu həddən artıq ziyarətçi və iqlim dəyişikliyinin geri dönüşü olmayan zərərlərə gətirib çıxara biləcəyindən ehtiyat edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti