...

Nigeriyada bərənin aşması nəticəsində 26 nəfər ölüb

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 00:21 (UTC +04:00)
Nigeriyada bərənin aşması nəticəsində 26 nəfər ölüb

Bakı. Trend:

Nigeriyanın mərkəzində Niger çayında bərənin aşması nəticəsində azı 26 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin "The Nation" qəzeti xəbər verib.

Məlumata əsasən, ölənlərlə yanaşı, daha 44 nəfər itkin düşüb, onların axtarışı davam etdirilir. 30 nəfər sudan çıxarılıb.

Hakimiyyət orqanlarından verilən məlumata görə, bərənin göyərtəsində 100-ə yaxın sərnişin və ekipaj üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti