...

BMT-nin baş katibi Lavrov, Zelenski və Ərdoğanla görüşlərdə taxıl sazişini müzakirə edəcək

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 22:08 (UTC +04:00)
BMT-nin baş katibi Lavrov, Zelenski və Ərdoğanla görüşlərdə taxıl sazişini müzakirə edəcək

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş gələn həftə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində şəxsi görüşlər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov, eləcə də Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski ilə taxıl sazişinin bərpa edilməsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi mətbuat konfransı zamanı deyib.

A.Quterreş qeyd edib ki, o, Rusiya Federasiyası, Ukrayna və Türkiyə nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək və onları bir araya toplamaq fikrində deyil.

Qeyd edək ki, BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi sentyabrın 19-23-də Nyu-Yorkda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti