...

Ərdoğanla Netanyahu arasında görüş keçiriləcək

Dünya xəbərləri Materials 15 Sentyabr 2023 12:01 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail baş naziri Benyamin Netanyahu ilə 17-21 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sammitində görüşəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərə açıqlamasında bildirib.

Nazir Türkiyənin İsrail qazının alınması və Avropaya nəqli ilə bağlı ortaqlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun 28 iyul tarixində Türkiyəyə planlaşdırılan səfəri səhhətinə görə təxirə salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti