...

Çin yeni peykini orbitə buraxıb

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 09:55 (UTC +04:00)
Çin yeni peykini orbitə buraxıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Çin kosmosa uzaqdan zondlama imkanlarına malik “Yaogan” sinifli Yerin müşahidə peykini göndərib.

Trend-in məlumatına görə, “Yaogan-39” peyki Long March 2D raketi ilə orbitə buraxılıb.

Peyk Mərkəzdən işə salınıb. Buraxılış Long March raketləri ilə həyata keçirilən 488-ci missiya olub.

Qeyd edək ki, Çin sonuncu dəfə sentyabrın 10-da bu sinifdən olan "Yaogan-40" peykini kosmosa göndərib. Bəzi Qərb mənbələri iddia edir ki, Yaogan sinifli peyklər hərbi kəşfiyyat məqsədilə kosmosa buraxılır və Çin ordusunun strateji dəstək qüvvələri tərəfindən idarə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti