Bakı.Trend:
Ermənistan polisi İrəvanın mərkəzində hökumət binasının qarşısında keçirilən etiraz aksiyasında 30 nəfəri saxlayıb.
Trend xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslərdən 28 nəfərə qarşı cinayət işi açılıb, 2 nəfər isə inzibati məsuliyyətə cəlb edilib.
Xatırladaq ki, sentyabrın 19-da İrəvanda hökümət binasının qarşısında etiraz aksiyası keçirilib. Hökumət evinin qarşısında çadır quran etirazçılar Paşinyan istefa verənə qədər orada qalacaqlarını deyiblər.