...

Bolqarıstan ilə ABŞ müdafiə və enerji sahələrində əməkdaşlığı genişləndirir

Dünya xəbərləri Materials 27 Sentyabr 2023 02:33 (UTC +04:00)
Bolqarıstan ilə ABŞ müdafiə və enerji sahələrində əməkdaşlığı genişləndirir

Bakı. Trend:

Bolqarıstan və ABŞ Yüksək Səviyyəli Strateji Dialoq çərçivəsində ikinci görüşünü keçirib və müdafiə, iqtisadiyyat və energetika sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi xəbər verib. Qeyd olunub görüş ABŞ-da keçirildiyini və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 120 illiyinə təsadüf edib.

"Bolqarıstanın regionda və NATO daxilində strateji mövqeyini nəzərə alaraq, biz NATO-nun Birgə Çoxmillətli Döyüş Qrupunda iştirak etməklə Balkanlarda və Qara dəniz regionunda təhlükəsizliyi yaxşılaşdırmaq üçün müdafiə tərəfdaşlığımızı genişləndiririk", - deyə bəyanatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti