...

Somalidə terrorçu-kamikadzenin hücumu nəticəsində 7 nəfər ölüb

Dünya xəbərləri Materials 30 Sentyabr 2023 04:33 (UTC +04:00)
Somalidə terrorçu-kamikadzenin hücumu nəticəsində 7 nəfər ölüb

Bakı. Trend:

Cümə günü Somalinin paytaxtında çay dükanında terrorçu-kamikadze partlayış törədib, azı 7 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə “Reuters”ə yerli polisdən məlumat verilib.

Qeyd olunub ki, partlayış parlamentə və prezident ofisinə gedən yolun kənarındakı dükanda baş verib və əsgərlər tez-tez həmin dükana gəlirlərmiş.

Polisin nümayəndəsi Sadik Əli partlayışı törədənin “Əl-Qaidə” ilə əlaqəli “Əl-Şəbab” qruplaşmasının üzvü olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti