Bakı. Trend:
Ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinin Ramhörmüz həbsxanasında məhbuslar üsyan edib.
Trend xəbər verir ki, bu barədə üsyan məhbuslardan biri barəsində edam hökmünün çıxarılmasında sonra baş verib.
Həbsxanadan atəş səslərinin eşidildiyi, məhbuslara qarşı odlu silahlardan istifadə edildiyi bildirilir.
İranın "Mehr" xəbər agentliyi üsyan və atəş səsləri barədə məlumatı təsdiqləsə də, ehtimal edilən ölü və yaralı sayı barədə heç nə yazmayıb.