...

Türkiyə XİN Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı üzv ölkələri təbrik edib

Dünya xəbərləri Materials 3 Oktyabr 2023 10:10 (UTC +04:00)

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının yaradılmasının əsasını qoyan Naxçıvan sazişinin imzalanmasının 14-cü ildönümü münasibətilə Türk Dövlətlərinin Əməkdaşlıq Gününü təbrik edirik.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

"1992-ci ildə “Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantıları” kimi başladığımız proses üzv ölkələrin güclü iradəsi və birgə səyləri sayəsində bu gün tam hüquqlu beynəlxalq təşkilata malik olmağımızla nəticələndi.

Türk Dövlətləri Təşkilatı qlobal məsuliyyətli və regional aktor kimi üzv ölkələr arasında əməkdaşlığı sürətlə inkişaf etdirmək və dərinləşdirmək, sülh və sabitliyə xidmət etmək məqsədi daşıyır. Türkiyə Türk Dünyasının birlikdə daha da güclənməsi və türk əməkdaşlığının inkişafı üçün səylərini ləngitmədən davam etdirəcək", - deyə nazirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti