Bakı. Trend:
Fransa xarici işlər naziri Katerin Kolonna Ermənistana səfərə gedib.
Trend xəbər verir ki, bu barədə XİN başçısı "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.
"Birinci səfərimdən 5 ay sonra yenidən Ermənistandayam. Dostluq, dəstək və həmrəylik!", - nazir paylaşımında bildirib.
Xatırladaq ki, Fransanın xarici işlər naziri aprel ayında da Ermənistana səfər edib. Səfər çərçivəsində fransalı nazir Yerablur hərbi panteonunda olub.
Fransa xarici işlər nazirini Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müşayiət edib.