...

Rusiya istəməzdi ki, Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun - Kreml

Dünya xəbərləri Materials 3 Oktyabr 2023 16:28 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya tərəfi istəməzdi ki, prezident Vladimir Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Əlbəttə, istəməzdik ki, nə vaxtsa hər hansısa səbəbdən prezident Ermənistana səfərlərdən imtina etməli olsun", - Peskov deyib.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti Roma statutunu səs çoxluğu ilə ratifikasiya edib. Belə ki, 60 deputat statutun ratifikasiyasının lehinə səs verib. Müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 20 deputat statutun ratifikasiyasının əleyhinə səs veriblər.

Xatırladaq ki, Haaqa tribunalı Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Beləliklə, Roma Statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti