...

Günəş və Yer atmosferi daha yaxından araşdırılacaq

Dünya xəbərləri Materials 4 Oktyabr 2023 20:33 (UTC +04:00)
Günəş və Yer atmosferi daha yaxından araşdırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 14-də Amerika səmasında görünəcək Günəş tutulması alimlərə Günəşi və Yer atmosferini daha yaxından araşdırmağa imkanı verəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) məlumat yayıb.

Bildirilib ki, tutulma zamanı günəş işığının azalmasının Yerin atmosfer təbəqəsinə necə təsir etdiyi araşdırılacaq.

Vurğulanıb ki, həmin günəş tutulması alimlərə Günəşi və onun Yerlə qarşılıqlı əlaqəsini araşdırmaq imkanı verəcək.

Qeyd edək ki, növbəti həlqəvi Günəş tutulması 2046-cı ildə baş verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti