...

Tramp “Forbes”in 400 ən zəngin ABŞ sakini siyahısında yer almayıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2023 03:58 (UTC +04:00)
Tramp “Forbes”in 400 ən zəngin ABŞ sakini siyahısında yer almayıb

Bakaı. Tredm6

Sabiq prezident və milyarder Donald Tramp son üç ildə ikinci dəfə “Forbes” jurnalının 400 ən zəngin ABŞ sakini siyahısına daxil edilməyib.

Trend-in məlumatına görə, nəşrin yaydığı məlumata görə, keçmiş Amerika liderinin sərvəti ötən illə müqayisədə 600 milyon dollar azalaraq 2,6 milyard dollar olub.

Jurnal qeyd edir ki, Trampın maliyyə itkilərinin əsas səbəbi “Truth Social” sosial şəbəkəsidir. Sosial şəbəkənin 90 faiz səhminə sahib olan keçmiş Amerika lideri 2021-ci ilin payızında istifadəyə verildiyi zaman xeyli sayda amerikalının qeydiyyatdan keçəcəyinə ümid edirdi, lakin indiyədək şəbəkə istifadəçilərinin sayı cəmi 6,5 milyon nəfərə çatıb. Buna görə sosial şəbəkənin ilkin təxmini dəyəri 730 milyon dollardan 100 milyon dollara qədər aşağı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti