...

Özbəkistan dünya kubokuna ev sahibliyi edəcək

Dünya xəbərləri Materials 5 Oktyabr 2023 15:57 (UTC +04:00)
Özbəkistan dünya kubokuna ev sahibliyi edəcək

Bakı. Trend:

Özbəkistan sabah keçiriləcək İTKF karate-do üzrə dünya kuboku yarışlarına ev sahibliyi edəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Daşkənd tatamisində keçirilən yarışlarda Misir, Küveyt, Hindistan, İsrail, Əlcəzair, İtaliya, Braziliya kimi 26-dan çox ölkədən 800-ə yaxın karateçi qələbə uğrunda mübarizə aparacaq.

Beynəlxalq ITKF karate-do federasiyasının prezidenti Gilberto Gerdner Özbəkistanda idmana, xüsusilə karatenin müxtəlif istiqamətlərinin inkişafına göstərilən diqqəti yüksək qiymətləndirib. O, bunun dünya çempionatına hazırlıqda da özünü göstərdiyini, Daşkəndin müxtəlif idman növləri üzrə yüksək turnirlərin keçirildiyi meqapolisə çevrildiyini etiraf edib.

Dünya çempionatı oktyabrın 7-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti