...

Netanyahu Baydeni İsrailə səfərə dəvət edib

Dünya xəbərləri Materials 16 Oktyabr 2023 00:32 (UTC +04:00)
Netanyahu Baydeni İsrailə səfərə dəvət edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydeni İsrailə səfərə dəvət edib.

Trend-in məlumatına görə, bu barədə B.Netanyahunun köməkçisi bildirib.

Məlumata əsasən, Netanyahunun ofisi və Ağ Ev təfərrüatları öyrənir və dəvəti müsbət qiymətləndirir.

Lakin hələlik Vaşinqtondan bu məsələ ilə bağlı heç bir təsdiq gəlməyib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti