Bakı. Trend:
Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 10 dəqiqə ara ilə iki ardıcıl güclü zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoqrafiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla 08:29-da 19 km dərinlikdə 5,3 bal gücündə zəlzələ qeydə alınıb və yeraltı təkanlar 10 saniyə davam edib.
Növbəti zəlzələ isə 08:39-da 10 km dərinlikdə 5,6 bal gücündə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.