...

İsrail Türkiyədən bütün diplomatlarını geri çağırıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2023 20:13 (UTC +04:00)

Bakı. Trend:

İsrail Türkiyədə olan bütün diplomatlarını geri çağırıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Qəzzada quru əməliyyatına hazırlaşan İsrail, Türkiyə də daxil olmaqla, bölgə ölkələrindən bütün səfir və diplomatlarını geri çəkməyə qərar verib.

Bildirilib ki, diplomatlar ölkəni iki ölkə arasında yaranmış diplomatik böhrana görə deyil, təhlükəsizlik baxımından tərk edəcəklər.

İsrail səfiri İrit Lillian və digər diplomatlar Türkiyəni tərk edib.

Məlumat üçün qeyd edək ki, İsrail vətəndaşları dünən və srağagün İstanbuldan reyslərlə Türkiyəni tərk ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti