Bakı. Trend:
Türkiyə olaraq İsrailin yalnız qonşu ölkələrlə sülh bağlamasını strateji səhv olaraq görürük.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“İbrahim razılaşmaları ilə bəzi şeylər irəliləyiş kimi görünsə də, Fələstinlilərə qarşı zülmün daha geniş və tez-tez baş verdiyini gördük. Bu böhranın yaranması heç kimi təəcübləndirməməlidir” – deyə Fidan bildirib.
O qeyd edib ki, hal-hazırda Qəzzada insani faciə baş verir.
“İndi bu böhran əvvəlki böhrandan fərqlidir. Çünki İsrail böyük qisas almaq istəyir. Oktyabrın 7-də Fələstinin verdiyi itkilər indiyə qədər verdiyi ən böyük itkidir. İsrail bu itkinin əvəzini sülhdə deyil, qisasda görür. Lakin onun bu qisas əməliyyatını həyata keçirərkən dinc əhaliyə diqqət yetirməməsi, onların infrastrukturunu, üst quruluşunu hər cür bombardman etməsi, kollektiv cəza üsulunu seçməsi bəşəriyyət üçün ciddi narahatlıq doğurmalıdır” – deyə o əlavə edib.